Ru
13:38 / 12 Sentyabr 2022

Bağçalardakı aylıq ödənişlərin heç bir qanuni əsası yoxdur - Cəsarət Valehov

Bağçalardakı aylıq ödənişlərin heç bir qanuni əsası yoxdur - Cəsarət Valehov
Eye

Dövlətə məxsus uşaq bağçları ilə bağlı narazılıqlar səngimək bilmir.


Valideynlərin ən çox narazılığına səbəb olan məsələlərdən biri də uşaq bağçlarında aylıq ödənişlərin bağça müdirələri tərəfindən süni şəkildə artırılmasıdır. Xətai rayonunda bir neçə bağçaya baş çəkdik və aylıq ödənişlərin məbləği ilə maraqlandıq.


Məsələn, Əhmədlidə fəaliyyət göstərən 202 saylı uşaq bağçasında kiçik yaş bölməsi üçün uşaqlara 50 manat aylıq ödəniş nəzərdə tutulub. 55 saylı uşaq bağçasında isə qiymət 20-30 manat arasında dəyişir. 88 saylı uşaq bağçasında aylıq ödəniş 20 manatdır. Paytaxtın mərkəzində fəaliyyət göstərən baçalarda isə qiymətlər 100 manata qədər yüksəlir.


Valideynlər mövcud vəziyyətdən şikayət edir. Halbuki dövlətə məxsus uşaq bağçalarına aylıq ödənişlər 2018-ci ildən ləğv olunub. Ancaq görünür, bu qərar bağça müdirələri üçün keçərli deyil. Hər ayın əvvəli valideynlərdən aylıq ödəniş toplanılır. Hətta bəzən bu məcburi hal alır.

Mövzu ilə bağlı Elm və Təhsil Nazirliyi ilə əlaqə saxladıq.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Cəsarət Valehov dövlətə məxsus uşaq bağçalarında valideynlərdən toplanan aylıq ödənişin heç bir qanuni əsası olmadığını bildirdi:




“Dövlətə məxsus bağçalarda aylıq ödənişlərin heç bir qanuni əsası yoxdur. Bağçalara dövlət tərəfindən həm ərzaq təminatı olunur, həm işçilərin məvacibləri verilir. Dövlət bağçalarına dövlət nəzarəti yüksək səviyyədədir. Hətta valideynlərin övladlarına daha çox diqqət göstərilməsi üçün müəllimələrə pul təklif etməsi belə doğru deyil. Ancaq hər iki tərəf bundan razıdırsa, biz artıq bunu tənzimləyə bilmərik”.


Bəzi bağça müdirələri isə bizimlə söhbətində bu pulun "fond pulu" kimi yığıldığını və bağçanın təmir-tikinti işlərinə sərf olunduğunu bildirdi.


C. Valehov bu məsələyə də münasibət bildirdi:


“Ola bilsin ki, Elm və Təhsil Nazirliyinin tabeçiliyində olmazdan əvvəl dövlət bağçalarında təchizatla bağlı problemlər yaşanıb. Ancaq Elm və Təhsil Nazirliyi bağçları öz tabeçiliyi altına aldıqdan sonra təmir-tikinti işləri ilə bağlı planlı şəkildə işlərə başlanıb. Zaman-zaman bu işlər yoluna qoyulacaq. O ki, qaldı bağçalarda boru partlaması, su krantının xarab olmasına, bunu valideynlər həll etməli deyil. Bununla bağlı bizim təmir-tikinti idarəmiz var və bağça müdirələri mövcud problemlə bağlı idarəyə məlumat verməlidir”.


Nazirlik rəsmisi onu da qeyd edib ki, uşaq bağçşalarına artıq ciddi nəzarət var və yaranan boşluqların aradan qaldırılması üçün bir sıra addımlar atılıb:


“İşində yol verdiyi ciddi nöqasanlara görə 11-dən çox bağça müdirinin işinə xitam verilib. Ancaq onu da nəzərə alın ki, uşaq bağçaları cəmi 6-7 aydır Elm və Təhsil Nazirliyinin tabeçiliyinə keçib və bütün problemləri qısa müddətdə həll etmək mümkün deyil. Zaman-zaman problemlər aradan qaldırılacaq. O cümlədən də bağçalarda heç bir qanuni əsası olmayan aylıq ödənişlərin yığılmasına da ciddi nəzarət olunacaq”.


Günel
BakuPost

Şərhlər
  • Medine Quliyeva

    Xetai rayonu Qacaq Nebi unvaninda yerlesen 199sayli usaq bagcasi ayda 50 manat +72%sabun, salfetka quru,salfetka nem,maye sabun,ve diger esyalar+ayda 2manat aparatda olan5lt suya pul yigirlar,+muellimelere hormet ve qanunla baxcalar axsam saat 7ye kimi islemelidi ama 5den cixib gedirler men islediyim ucun usaqi 5de yox 7de goturduyum ucun elave adam tutub onada 100 odeyirem.hal hazirda 2025ci ildeyik ancaq 2022de olan musahibeden bu vaxtda qeder hecbir deyisiylik olmayib

  • Raya Maksudova

    Nərimanov r-n 259 saylı bağçada 100 manatdır aylığı.Amma mən elə bilirdim qanunidir)2 gün pul gecikəndə acıqları tuturdu

  • M.Pərvanə

    Binəqədi rayonu 16 saylı uşaq baçası aylıq 55 azn yıgır qanundan kənar

  • Aydan

    Masazir 4 nomreli bagca her ay fond pulu mudure gedir muellimlere 40 mamat pul isteyir ayda 60 manat mudure verlmisen

  • Elcin

    Masazir 4 nomreli bagca her ay fond pulu mudur 60 manat alir. Her usaga baxmaq ucun 30 manat vermilisen. Divletin bagcasina niye dovlet buna nezaret ede bilmir caamatdan pul dilenir

  • Shirinzade

    Hovsan qesebesi 273 sayli baxçada da ayliq yigilir ve etiraz bildirende nazirlikle tesdiq olunub 50 manata qeder yigila biler deyilir

  • Xədicə

    274 saylı körpələr evi uşaq bağçası dövlət nəzdində fəaliyyət göstərməsinə baxmayaraq bütün valideynlərdən aylıq olaraq 95 ( doxsan beş ) manat dəyərində pul istəyirlər. Ödəniş edilmədiyi halda övladımın bağçadan çıxarılacağı və ya incidiləcəyi barəsində çox təlaşlıyam. Bu əsassız ödənişin ödənilməsinə razı deyiləm. Ödənişdən əlavə hər ay övladımız üçün quru və maye sabun, pampers, quru və nəm salfetka tələb olunur. Dövlət nəzarətindədirsə əgərki bu müəssisə bunlar dövlətimizin Ali Baş Komandanı İlham Əliyev və Vitse Prezidentimiz Mehriban Əliyeva tərəfindən qarşılandığını çox yaxşı bilirəm, çünki Ali Baş Komandanımız və Vitse Prezidentimiz Azərbaycan vətəndaşı olan bütün uşaqların rifahı üçün hər bir şəraiti yaratmışdır . Prezidentimizində qeyd etdiyi kimi uşaqlar bizim gələcəyimizdir. Lakin bu tipli müəssisələr uşaqların gələcəyini, sağlamlığını, rifahını düşünmək əvəzinə onları maddi subyekt olaraq görür. Zəhmət olmasa bu məsələyə işıq tutulub aydınlıq gətirilməsini rica edirəm.

  • Kamil Həmzə

    Suraxanı rayon Zığ qəsəbəsi 331saylı körpələr evi uşağ baxçası çox özbaşnalığdı uşağın qəbulna 100 vermişəm indidə aylıq ödənişi 20azndən 30 aznə qaldırır narazılığ edsəkdə uşağı çıxaracaqı ilə hədəliyir və yaxud aylığı 20manat verdiyniz halda uşaqnızın müəlliməsinin əmək haqından tutulacaqnı bildirir.Müdirə Kəmalə xanım yaşı ötməsinə baxmayaraq vəzifəsindən azad edilməyib.

  • Hesenov Nadir

    SURAXANI rayonu Hövsan qəsəbəsində yerləşən 263 nömrəli usaq baxcasi aylıq yigilir və 5 yarsı gel usagi apar deyirlər. Yoldasım isliye bilmir bu baxcaya görə . 5 yarsı hec bir yerde bele bir qanun yoxdur. 2 smen işləyirlər bu miellimeler imkan verin bizde işləyək çörək pulu qazanaq

  • Zeynəb Qasimova

    Sumqayıt şəhər 47 saylı uşağ baxçasınin müdiri Aytən mellime biz valiynlerdende hər ay 10m fond pulu yığılmasini mellimelerden tələb edir bizde mellimelerimize söz gəlməsin deyə veririk????????

  • Fidan

    Xəbər 2022 paylaşilib indi 2024 dur hələde işlere sikayetlere baxılmır Sumqayıt şəhər 5 nömrəli Sevinc körpələr evinede bir nəzarət edin baxça sanki dövlətin yox ailənindir

  • Elvin

    Sumqayıt şəhər 5 nömrəli Sevinc körpələr evi hər ayın əvvəlində ayin 10-nuncu günündə artıq aylıq pullarını tələb edib yığırlar, düşürəm ki bu şikayətlərə baxılmasa Prakraturanin 161 qaynar xəttine yığıb şikayətlər olunmalıdır ki nazirlik bunun üstünə yaxsi düşsun

  • Elvin

    Sumqayıt şəhər 5 nömreli Sevinc körpələr evi hər ayın əvvəlində ilk 10-nuncu günündə

  • Qurban Qaracayev

    Xəbər 12 Sentyabr 2022-ci ildə paylaşılıb. Artıq 2024-cü ildəyik. Hörmətli, Cəsarət bəy "Zaman-zaman problemlər aradan qaldırılacaq." -dediniz. Ancaq heç bir problem aradan qaldırılmayıb. Əksinə ildən ilə bağça və məktəblərdə təhsil bərbad günə düşür. Sumqayıt şəh,55 saylı uşaq bağçasında "fond pulu" rüşvəti hələ də tələb edilir. Zaman-zaman problemlər aradan qaldırılacaqmı ???

  • Aynur Quliyeva

    Xırdalanda 26,24 uşaq bağçası korpeler evinde mecbur fond pulu yığılır . Meyvəni evden qoymağı tələb edirler . Aylıq hormetde gozleyirler üstelik salfetka bumaqa domestos bu kimi təmizlik vasitələride aldirirlar

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar