12:22
Bakı Dövlət Sirkinin direktoru işdən çıxarılıb.
Bakupost.az xəbər verir ki, bununla bağlı mədəniyyət naziri Anar Kərimov əmr imzalayıb.
Bildirilir ki, sirkin direktoru Elmir Hüseynov işində verdiyi nöqsanlara görə vəzifəsindən azad olunub.
Xatırladaq ki, E.Hüseynov ötən ilin fevral ayında mədəniyyət naziri Anar Kərimovun əmri ilə bu vəzifəyə təyin olunmuşdu.
***
Məlumatı Bakı Dövlət Sirkindən Bakupost.az -a təsdiqləyiblər.
Qeyd edilib ki, E. Hüseynovun işində verdiyi nöqsanlara görə çıxarılması barədə məlumatlar həqiqəti əks etdirmir:
“E. Hüseynov bu ayın 1-i işdən ayrılıb. Heç bir nöqsandan söhbət gedə bilməz.
Vəzifəyə gəldiyi gündən, keçən bu 1 il ərzində bəlkə də 15 ilin işini görüb. Sadəcə başqa vəzifəyə təyinat alıb. Buna görə də işdən ayrılması ilə bağlı özü ərizə yazıb”.