Ru
13:36 / 04 May 2025

“Bakı Marafonu 2025”in qalibləri bəlli oldu

“Bakı Marafonu 2025”in qalibləri bəlli oldu
Eye

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2025”in qalibləri müəyyənləşib.

Bakupost.az xəbər verir ki, “Küləyə qalib gəl” şüarı ilə keçirilən marafonda kişilər arasında yarışın qalibi türkiyəli Atac Sezgin olub.

Ukraynalı Vitali Şafar finiş xəttini ikinci, Türkiyənin digər təmsilçisi Murat Emekdar isə üçnücü keçib.

Qadınların mübarizəsində isə ukraynalı Natalya Semenoviç finişə hamıdan tez çatıb. Azərbaycanı təmsil edən Anna Yusupova ikinci, yaponiyalı atlet Eriko Soma üçüncü yerə layiq görülüb.

Qaliblərə pul mükafatları və medallar təqdim olunacaq. Qeyd edək ki, marafonda 28 minədək iştirakçı qeydiyyatdan keçib.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar