İstanbulda Türk Dünyası Araşdırmaları Vaqfı tərəfindən Azərbaycanın Xalq Şairi Sabir Rüstəmxanlının “Difai fədailəri” adlı romanı təkrar nəşr edilib. Roman 1905-ci ildən başlayaraq, Azərbaycan ziyalılarının xalqın hüquqlarını qorumaq üçün göstərdikləri fədakarlığı əks etdirir. Romantik süjet ətrafında qurulan “Difai fədailəri” dövrün tarixi üçün mühüm əhəmiyyət kəsb edir. Sənədlər əsasında yazılmış “ bəlgəsəl roman” iyirminci yüzilin başlanğıcında erməni terroruna qarşı böyük fikir adamı, qəzetçi, filosof, hüquqşünas Əhməd bəy Ağaoğlunun başçılıq etdiyi Difai hərəkatına həsr olunub. Difai fədailəri iyirminci yüzilin başlanğıcında Cənubi Qafqazda türklərə qarşı görünməmiş vəhşiliklər törədən erməni terrorçularını durdurmaq və susdurmağı bacarmışdılar. Sənədli romanın yazılmasında Sankt-Peterburq və Tiflis arxivində saxlanılan tarixi sənədlərdən istifadə olunub. Kitabı Türkiyə türkcəsinə tanınmış yazıçı- tərcüməçi İmdat Avşar çevirmişdir.