Ru
20:00 / 03 May 2025

İranda daha bir faciə: 800 nəfər xəstəxanalıq oldu

İranda daha bir faciə: 800 nəfər xəstəxanalıq oldu
Eye

İranda qum fırtınası səbəbilə 800-dən çox insan tənəffüs və ürək probleminə görə xəstəxanaya müraciət edib.

Bakupost.az xəbər verir ki, bu barədə Əhvaz Cundişapur Tibb Elmləri Universitetinin rektor müavini Dr. Meysəm Muazi açıqlama verib.

Muazinin sözlərinə görə, Xuzistan vilayətində baş verən güclü qum fırtınası nəticəsində son 24 saat ərzində 802 nəfər tənəffüs və ürək-damar problemləri səbəbilə xəstəxanalara müraciət edib. Onlardan 92-i stasionar müalicəyə qəbul olunub, digərləri isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Xuzistan Meteorologiya İdarəsinin məlumatına görə, qum fırtınası İraq mənşəlidir. İdarə bölgədə hava şəraitinin təhlükəli səviyyəyə çatdığını nəzərə alaraq cümə axşamı və cümə günləri üçün “qırmızı xəbərdarlıq” elan edib.



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar