Ru
13:21 / 03 May 2025

Xankəndidə 1300 abonentə təbii qaz verildi

Xankəndidə 1300 abonentə təbii qaz verildi
Eye

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi artıq Xankəndi şəhərində 1 300 abonent təbii qazla təmin edilib, 15 sənaye obyektinə təbii qaz verilib.

Bakupost.az Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinə istinadən xəbər verir ki, Xankəndi şəhərindəki təbii qaz təchizatı infrastrukturunda bərpa və quruculuq işləri həyata keçirir. Şəhərin təbii qaza olan tələbatını ödəmək üçün yenidənqurma və bərpa işləri aparılır.

İnfrastrukturun yenidən qurulması istiqamətində lazımi işlər həyata keçirilir. Böyük qaydışla əlaqədar olaraq əhalinin köçürülməsi üçün nəzərdə tutulan Xocalının Xan yurdu və Təzəbinə kəndlərində qaz xətlərinin çəkilişləri davam edir.

Qeyd edək ki, Xankəndi şəhərində yaşayan əhali fasiləsiz olaraq içməli su, təbii qaz və elektrik enerjisi ilə təmin olunub.


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar