Ru
14:54 / 03 May 2025

Tramp NATO ölkələrini HƏDƏLƏDİ

Tramp NATO ölkələrini HƏDƏLƏDİ
Eye

ABŞ prezidenti Donald Tramp NATO ölkələrinə müdafiə xərcləri ilə bağlı ultimatum verib.

Bakupost.az xəbər verir ki, bu barədə "Spiegel" jurnalı məlumat yayıb.

Qeyd olunur ki, əgər müdafiə xərcləri artırılmasa, Tramp iyun ayında keçiriləcək NATO sammitinə qatılmaya bilər.

Bu barədə alyansa ABŞ-ın NATO-dakı yeni səfiri Metyu Vitaker xəbərdarlıq edib.

O vurğulayıb ki, Amerika administrasiyası NATO üzvü olan dövlətlərdən ÜDM-in beş faizini müdafiəyə xərcləməyi tələb edir.

"Əvvəlcə almanlar hesab edirdilər ki, amerikalılar beş faizi ciddi nəzərdə tutmurlar, bu, sadəcə danışıqlar taktikasıdır. Amma indi Vitakerin sözünə inanırlar", - deyə məqalədə deyilir.

Lalə,
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar