Ru
13:56 / 03 May 2025

Paşinyanın partiyasında narazılıq artır - Vəziyyəti gərgindir

Paşinyanın partiyasında narazılıq artır -  Vəziyyəti gərgindir
Eye

İrəvanın Nor-Nork inzibati rayonunun başçısı Tiqran Ter-Markaryanla bağlı qalmaqal fonunda hakim Vətəndaş Sazişi Partiyasında narazılıq dalğası yaranır.

Bakupost.az xəbər verir ki, bu barədə "Hraparak" qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, Ermənistanın baş naziri Nikol Paşinyanın insidentlə bağlı susmasına baxmayaraq, Vətəndaş Sazişi Partiyasında radikal addımlara hazırdırlar.

Xüsusilə, Ter-Markaryan ("Respublika" partiyasının üzvü) istefa verməsə, Ağsaqqallar Şurasında "Respublika" partiyası ilə koalisiya sazişinin pozulması istisna edilmir.

Qeyd olunur ki, parlamentin vitse-spikeri Hakob Arşakyan partiyanın mövqeyini şəxsən N.Paşinyana çatdırsa da, dəqiq cavab almayıb.

Nəşrin məlumatına görə, indiki mərhələdə Vətəndaş Sazişi Partiyası vəziyyətin həllini İrəvanın meri Tiqran Avinyana həvalə edib. Əks halda məsələyə partiya rəhbərliyinin iclasında baxılacaq.

Xatırladaq ki, aprelin 30-da T.Ter-Markaryan və administrasiyanın bir neçə əməkdaşı münasibətlərə aydınlıq gətirmək üçün meriyaya gələn fəal Artur Çaxoyana qarşı zor tətbiq ediblər.

Nəticədə A.Çaxoyan hematoma və kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar