Neftin qiyməti ABŞ-İran danışıqlarının nəticələri və Yaxın Şərqdən neft ixracının bərpası ilə bağlı gözləntilər fonunda sabit qalıb. “Brent” 0,1 faiz bahalaşaraq 98,15 dollara, “WTI” isə 0,1 faiz ucuzlaşaraq 90,35 dollara düşüb.
“Bakupost” xəbər verir ki, bazarda bir tərəfdən ABŞ-İran danışıqlarında irəliləyişin olmaması təkliflə bağlı narahatlıqları artırır, digər tərəfdən Səudiyyə Ərəbistanının Yanbu limanından neft ixracını bərpa etməsi qiymətlərə təzyiq göstərir.
ABŞ Prezidenti Donald Tramp İranla bağlı sanksiyaların yumşaldılması və dondurulmuş vəsaitlərin açılması barədə yayılan xəbərləri təkzib edib.
“Brent” sentyabrı təxminən 14 faiz, “WTI” isə 5 faiz bahalaşma ilə başa vurub.
Vüsalə Hüseynova,
BakuPost
Çox xahiş edirəm ki, bunu Azərbaycan nefti kimi qeyd etməyin.