Ru
14:41 / 27 Yanvar 2022

Bakı polisi Tural Sadıqlını axtarışa verdi

4227
Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Avropada yaşayan azərbaycanlı mühacirlər - bloger Sadıqlı Tural Əlövsət oğlu və jurnalist Hüseynov Fikrət Nurəli oğlu barəsində axtarış elan edib.

Bakupost.az xəbər verir ki, bu barədə Report-a hüquq mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, T.Sadıqlı barəsində Azərbaycan Cinayət Məcəlləsinin 178.3.1-ci (Dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), F.Hüseynov barəsində isə 178.3.1-ci (Dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 318-1.2-ci (Qanunsuz miqrasiyanın təşkili) 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə axtarışa verilib.

Qeyd edək ki, T.Sadıqlı Almaniyada, F.Hüseynov isə Niderlandda yaşayır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər