Ru
13:49 / 27 Yanvar 2022

Bakı-Şamaxı yolunda ağacların kəsilməsi ilə bağlı araşdırma aparılır

1055
Bakı-Şamaxı yolunun 22-ci kilometrliyində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin yerli qurumunun əməkdaşları tərəfindən araşdırılıb və fakt təsdiqini tapıb.

Regional Ekologiya İdarəsinin rəisi Fərid Piriyev Bakupost.az -a bildirib ki, sözügedən əraziyə keçirilən baxış zamanı 3 şam ağacının kəsildiyi və təbiətə 600 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Ağacların kim tərəfindən kəsildiyini müəyyən etmək üçün Abşeron rayon Polis İdarəsi ilə birgə araşdırma aparılır.

F.Piriyevin sözlərinə görə, kəsilmiş ağacların yerinə yeni ağaclar əkilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər