Ru
13:11 / 01 İyun 2022

Bakıda polis ehtiyatsızlıqdan özünü güllələdi - YENİLƏNİB - VİDEO

28197

Azərbaycanda polis ehtiyatsızlıqdan özünü güllələyərək öldürüb.


Bu barədə Bakupost.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.


Bildirilib ki, Abşeron Rayon Mühafizə İdarəsinin polis nəfəri İntiqam Çıraqov bu gün təlimə gedərkən xidməti silahla ehtiyatsız davrandığına görə açılan atəşdən xəsarət alıb.


"Polis əməkdaşı dərhal DİN-nin Hospitalına çatdırılıb, bütün tibbi müdaxilələrə baxmayaraq vəfat edib. Allah rəhmət eləsin", - məlumatda qeyd edilib.




***

13:04


Bakı-Sumqayıt yolunda intihar hadisəsi baş verib.


Bakupost.az APA-ya istinadən xəbər verir ki, yolun Saray qəsəbəsindən keçən hissəsində 99 SM 907 dövlət nömrə nişanlı, "NİVA" markalı avtomobili idarə edən şəxs maşının içində özünə qəsd edib. Onun özünü silahla başından vurduğu bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər