Ru
14:32 / 01 Oktyabr 2026

"Avtobuslar gec gəlir, oturacaqlar sınıqdır" "114B"dən ŞİKAYƏT - VİDEO

"Avtobuslar gec gəlir, oturacaqlar sınıqdır" "114B"dən ŞİKAYƏT - VİDEO
Eye

Bakıda 114B marşrut xətti üzrə hərəkət edən avtobuslarla bağlı şikayətlər səngimir.


“Bakupost”un qaynar xəttinə mütəmadi olaraq avtobusların yararsız vəziyyəti, eləcə də reyslər arasındakı intervalların uzun olması ilə bağlı müraciətlər daxil olur.

Sərnişinlərin sözlərinə görə, avtobusların saat 00:00-dək fəaliyyət göstərməsi nəzərdə tutulsa da, marşrut üzrə hərəkət saat 23:00-da dayandırılır.

Onlar bildirirlər ki, məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, problem həll olunmur.

Sərnişinlərdən biri avtobusun sınıq oturacağı ilə bağlı görüntüləri də redaksiyamıza göndərib.

Məsələ ilə bağlı AYNA-dan “Bakupost”a bildirildi ki, daşıyıcı tərəfindən avtobusların dəyişdirilməsi nəzərdə tutulub.

Lalə, BakuPost




Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar