Ru
11:51 / 26 Noyabr 2026

Bakıda daha bir tarixi binaya müdaxilə edildi - FOTO

Bakıda daha bir tarixi binaya müdaxilə edildi  - FOTO
Eye

Bakıda tarixi memarlıq abidələrinə qanunsuz müdaxilə halları davam edir.

"Bakupost" xəbər verir ki, bu dəfə paytaxtın Nizami küçəsində yerləşən tarixi binanın fasadında dəyişiklik edildiyi bildirilir.

Bu barədə tanınmış memar Elçin Əliyev məlumat yayıb.

“Hazırda Nizami küçəsində də eyni vəhşilik baş verir... Memarlıq abidəsinin başına belə oyunlar açırlar!”, - deyə o qeyd edib.

Memar müdaxiləni əks etdirən fotoları da izləyiciləri ilə bölüşüb.

Qeyd edək ki, Elçin Əliyev daha əvvəl Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi 9 ünvanında yerləşən yerli əhəmiyyətli memarlıq abidəsinə müdaxilə edilməsi ilə bağlı da xəbər yaymışdı. Tarixi binanın birinci mərtəbəsindəki tarixi giriş qapısının sökülərək müasir şüşə konstruksiya ilə əvəzləndiyi bildirilirdi. Bakı Şəhər İcra Hakimiyyətinin apardığı araşdırmadan sonra isə giriş qapısı əvvəlki vəziyyətinə qaytarılıb, binanın ilkin memarlıq görkəminin bərpası təmin edilib.

Lalə, BakuPost




Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar