Ru
12:31 / 31 Avqust 2022

Neftçalada dəhşətli qətl - Ata uşaqlarının gözü qarşısında vəhşicəsinə öldürüldü - FOTO

48201
Neftçalada dəhşətli qətl hadisəsi baş verib.

Bakupost.az xəbər verir ki, 1957-ci il təvəllüdlü Əliyev Səxavət Məcnun oğlu (Əşrəf kimi tanınırmış-red.) həyat yoldaşı və uşaqlarının gözü qarşısında vəhşicəsinə öldürülüb. 1984-cü il təvəllüdlü Saleh Valeh oğlu Qurbanov ona qoyun qırxmaq üçün nəzərdə tutulan qayçı ilə saysız-hesabsız zərbələr endirib.

Hadisənin baş vermə səbəbi isə tükürpədicidir. Belə ki, qatil ölən şəxsin həyat yoldaşının Neftçala rayonu, Xıllı qəsəbəsində yaşayan, üç uşaq anası olan xalası qızı (Adı bizə bəlli olsa da, yazmırıq) ilə qeyri-rəsmi münasibətdə olublar. Həmin xanım özü ailəli olub. İddialara görə, bu münasibətdən bütün kəndin xəbəri var imiş. Buna görə də iki il əvvəl həmin qadının həyat yoldaşı (Adı bizə bəlli olsa da, yazmırıq) özünü asaraq intihar edib.


Bundan sonra qadınla Saleh Qurbanovun münasibəti daha sıx olub. Son aylar isə Saleh qadına işgəncə verməyə başlayıb. Buna görə də həmin qadın övladlarını Xıllı qəsəbəsində yaşayan xalası qızına verib, Bakıya qaçıb.

Daha sonra Saleh Qurbanov Səzavət Əliyevdən qadını tələb edib və onların arasında mübahisə düşüb. Mübahisə zamanı Saleh Qurbanov Səxavət Əliyevi vəhşicəsinə qətlə yetirilib.


Fotoda: cinayəti törədən Saleh Qurbanov




E.Mirzəyev
BakuPost
Şərhlər
  • İlham Ağayev

    Bu yazını yazan jurnalist yox, zurnalistdi.

  • HAcı Nəbi

    Ölkədə qorxunc hadisələr baş götürüb? Yazıdan qatilin gözlənilən qətlinin qarşısı alınmadığı hiss olunur? Digər versiya da azsaylı etniklər arasına gizlənmişlərin meşələrə-tarlalara od vurmasıdər? Hərbi avtomatla şütüyən kimmiş? Sən demə, dövlətimizdə Köçəriyan, Sərkisyan kimi digər toxunulmaz "kəhrəmanlar" da varmış?

  • Dasqin

    Basa dusmek olmur. Əliyev Səxavət qatildir yoxsa öldürülən. Xahiş edirəm yazını redaktə edin.

  • t.ədalət

    Qatil,hiss olunur ki,narkomandır.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər