Ru
15:33 / 30 Aprel 2025

Bakıda Ərdoğan Netanyahu görüşü: Nələr müzakirə olunacaq? -AÇIQLAMA

 Bakıda Ərdoğan Netanyahu görüşü: Nələr müzakirə olunacaq? -AÇIQLAMA
Eye

Xəbər verdiyimiz kimi, İsrailin Baş naziri Binyamin Netanyahu mayın 7-də Azərbaycana səfər edəcək. Səfərin ayın 11-dək davam edəcəyi gözlənilir. Eyni zamanda mayın 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfər edəcəyi gözlənilir.

Maraqlıdır, eyni vaxtda həm Netanyahu, həm də Ərdoğan Bakida olacaqlar. Onların Bakıda görüşü mümkündürmü?

Bakupost.az -ın sualını cavablandıran sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bunu mümkün sayır:

"Ərdoğan və Netanyahunun görüşü istisna olunmur. Güman ki, geniş müzakirələr olacaq. İsrail üçün Türkiyənin mövqeyi çox vacibdir. Ələlxüsus ona görə ki, artıq İsrail və İran arasında ciddi toqquşma ehtimalı çox yüksəkdir. Bu vəziyyətdə Türkiyənin mövqeyi olduqca vacibdir. Ona görə İsrail istər-istəməz Türkiyə ilə bu və ya digər şəkildə məsələləri həll etməlidir".

Qeyd edək ki, “Times of Israel” də Netanyahunun Bakıda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşünün gözlənildiyini bildirib.

Lalə Novruz,
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar