Ru
22:57 / 21 Avqust 2025

Bakıda ərəb turistlərdən növbəti "ədəbazlıq": İnsanların başına butulka atırlar - VİDEO

Bakıda ərəb turistlərdən növbəti "ədəbazlıq": İnsanların başına butulka atırlar - VİDEO
Eye

Bakıda ərəb turistlərin növbəti dəfə qalmaqallı hərəkətləri müzakirələrə səbəb olub.

Bakupost.az Sfera.az-a istinadən xəbər verir ki, paytaxtın mərkəzində - İSR Plazanın arxasında, Okean marketin üstündə yerləşən ərazidə bir qrup turistin insanlara qarşı yolverilməz davranışlar sərgilədiyi qeyd olunub.

Görüntülərdə onların əllərindəki su butulkalarını küçədə gəzən insanların üzərinə atdıqları əksini tapıb. Hadisənin şahidləri bu şəxslərin ərəb turistlər olduqlarını iddia edirlər. Onların sözlərinə görə, həmin an ətrafda olan vətəndaşlar vəziyyətə sərt reaksiya göstərsələr də, turistlər öz hərəkətlərini davam etdiriblər.

Xatırladaq ki, son günlər ərəb turistlərin Azərbaycanda davranışları ictimai narazılıq doğurub. Belə ki, ötən günlərdə bir qrup ərəb turistin Şəhidlər Xiyabanında qeyri-etik hərəkətlər etməsi də geniş rezonans yaratmış, sosial şəbəkələrdə sərt şəkildə tənqid olunmuşdu.

Həmin görüntüləri təqdim edirik:



Şərhlər
  • Dəxi

    Məncə, ərəb adlı nəinki turist, gərək ki, dünyada heç bir vətəndaş yoxdur? Pozğun=xuliqan hərəkətləri nümayiş etdirənlər mütləq qaydada cərimə edilməli, ya cəza verilməli ki, öz doğma ölkələrində də tanınsınlar?

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar