Ru
13:20 / 05 Sentyabr 2026

Bakıda ərinin xəyanətini öyrənən qadın maşınını çilik-çilik etdi - ANBAAN VİDEO

Bakıda ərinin xəyanətini öyrənən qadın maşınını çilik-çilik etdi - ANBAAN VİDEO
Eye

10:45

Bakıda naməlum qadının maşına çoxsaylı zərbələr endirdiyinə dair görüntülər yayılıb.

“Bakupost” xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda qadının dəmir alətlə avtomobilə dəfələrlə zərbə endirdiyi görünür.

Hadisənin paytaxtın Hövsan qəsəbəsində baş verdiyi bildirilir.

İddia olunur ki, qadın ərinin xəyanətindən xəbər tutub və qisas almaq üçün onun maşınına hücum edib.

Videoda qadının yaxınlıqdakı binaya tərəf dönərək “Elə bilirsən, evdə ağlayacağam? Onu görməyəcəksən”, - dediyi eşidilir.

Ardınca o, öz avtomobilinə əyləşərək həmin avtomobilə yenidən zərbə endirib.

***
Əldə etdiyimiz məlumata görə, görüntülərdəki qadın polis şöbəsinə dəvət olunub. Hadisə ilə bağlı araşdırma aparılır.


Lalə Novruz,BakuPost



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar