Ru
21:42 / 15 May 2024

Bakıda görünməmiş dələduzluq: kirayə qaldığı evləri satdı - VİDEO

4909
Evlərini kirayə verdikləri şəxs əmlakları başqasının adına keçirərək satıb.

Bakupost.az -ın xezerxeber.az-a istinadən məlumatına görə, hadisə Xətai rayonunda üçotaqlı evini kirayə verən Rəhim İsmayılov və Turan Nəbilinin başına gəlib.

Onlar iddia ediblər ki, Rauf Kazımov adlı şəxs hər iki vətəndaşı aldadıb.

Zərərçəkənlərin sözlərinə görə, dələduzlar onların 300 minlik evini Rusiya Federasiyasında verilmiş saxta etibarnamə əsasında satıblar.

Digər şikayətçi də iddia edib ki, həmin şəxs onun evini eyni qaydada ələ keçirərək satıb və ölkəni tərk edib.

Zərərçəkən vətəndaşlar bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət ediblər. İndi onlar məhkəmənin verəcəyi ədalətli qərarı gözləyirlər.

Ətraflı süjetdə:


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər