Rəqqas Nicat Azadlının həyat yoldaşı onun tərəfindən fiziki və psixoloji zorakılığa məruz qaldığını iddia edib.
"Bakupost" xəbər verir ki, "Qafqainfo" yayılmış məlumatlarla bağlı Nicat Azadlı ilə əlaqə saxlayıb.
O,açıqlamasında iddiaları əsassız adlandırıb: “Ölüm iddiaları - hamısı yalandır. Ailə daxilində problemlər olub, buna görə də biz artıq bir ilə yaxındır boşanmışıq. Aliment də ödəyirəm. O mənə deyirdi ki, “pul verməsən, hər şeyi paylaşacağam”. Dırnaq paylaşımı da yalandır. Mənə əvvəldən demişdi ki, “hamısını yığıram, paylaşacağam. Cəmiyyət onsuz da qadına inanır, kişiyə yox. Hamısı şantajdır, pul verdiyim müddətdə heç nə paylaşmırdı, 1700 manat verdim. Bundan sonra 5 min də istədi, verə bilmədim deyə istədiyi paylaşımı etdi.