Noyabrın 5-6 tarixlərində Respublikada rəsmi Kikboks Xəzər turniri keçirilib.
Bakupost.az xəbər verir ki, "Hövsan” İdman klubunda baş tutan turnirə Bakıdan, eləcə də bölgələrimizdən olan 20-dən çox idman klubu qatılıb.
Bakının “Dinamo, “Zirvə”, “Zəfər”, “Sədərək”, Surxanı rayonunun “Ağ at”, “Lokomotiv”, “Turan”, “Gömrükçü”, “Moik”, “Baku Maks”, Xəzər rayonunun “Atəşgah” döyüş klubları, o cümlədən Masallı, Lənkəran, Quba, Qusar, Xaçmaz, Salyan, Kürdəmir, Gəncə, Tovuz və Naxçıvan bölgəsindən olan idmançılar yarışmada mübarizə aparıblar.
Ağırçəkili idmançılarımızdan Əli İsmayılov (81 kq “Xəzər” idman klubu) və Rüstəm Müslümov (85 kq "Ağ at" idman klubu) turnirin qızıl medalçıları olub.
Aşağıçəkililərdən isə Etibar Vəliyev (50 kq "Xəzər" idman klubu), Şakir Əhmədzadə (45 kq "313" idman klubu) 1-ci yerdə qərarlaşıblar.
Həmçinin, aşağıçəkililərdən Rüfət Əhmədzadə (55 kq “Xəzər” idman klubu), Sahib Məmmədov (65 kq “Sərhədçi”), Ruslan Əliyev (70 kq “Savalan” idman klubu) də qaliblər sırasında yer alıblar.
Qeyd edək ki, turnirin keçirilməsində əsas məqsəd kikboks və digər döyüş növlərini Azərbaycanın bölgələrində inkişaf etdirmək, gəncləri, yeniyetmələri pis vərdişlərdən yayındırmaq və onların düzgün sağlam formalaşmasına dəstək, o cümlədən də sözügedən idman sahəsi üzrə peşəkar kikboksçular yetirməkdir.
Aygün
BakuPost
ALLAH arxa dayaq olsun mukemmel sayt mekanıdı inanin
Ùrey açan beyenilsin????????????????????????✅✅