Ru
10:08 / 07 İyul 2022

Bakıda polis qəzaya düşdü: vəziyyəti ağırdır - VİDEO

Bakıda polis qəzaya düşdü: vəziyyəti ağırdır -  VİDEO
Eye

Bakıda Yol Patrul Xidməti (YPX) avtomobili qəzaya düşüb.


Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Bakupost.az -a bildirib ki, hadisə Ziya Bünyadov prospektindəki tuneldə baş verib:


"Qəzadan öncə tunelin içərisini yuyublar. Yer sürüşkən olub. YPX avtomobili su daşıyan maşınla toqquşub. Nəticədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis serjantı müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti orta-ağır olaraq qiymətləndirilir”.


Faktla bağlı Cinayət Məcəlləsinin 263-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar