ABŞ Federal Ehtiyat Sistemi (FES) bu gün faiz qərarını açıqlayacaq. Bazarlar 2023-cü ildən bəri ilk faiz artımını gözləyir.
“Bakupost” xəbər verir ki, bazarlar 25 baza bəndi faiz artımına təxminən 90% ehtimal verir. Buna neft qiymətlərinin yüksəlməsi və ABŞ-də baza inflyasiyasının gözləntilərdən yüksək olması təsir edib.
Faiz artımı FES sədri Kevin Warsh ilə ABŞ Prezidenti Donald Tramp arasında fikir ayrılığı yarada bilər. Tramp daha aşağı borclanma xərcləri istəyir.
Vüsalə Hüseynova,
BakuPost