Ru
11:20 / 10 Mart 2023

Bakıda pulemyot satan şəxs tutuldu - FOTO-VİDEO

1261
Sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşan və üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Bakupost.az -a verilən məlumata görə, keçirilən əməliyyat tədbiri zamanı əvvəllər məhkum olunan Təbriz Qasımov tutularaq istintaqa təqdim edilib. Onun əlində olan sellofan torbaya baxış keçirilən zaman 1 ədəd “RPK” markalı “Kalaşnikov” konstruksiyalı əl pulemyotu, bir ədəd daraq və 24 ədəd patron aşkarlanıb.

Təbriz Qasımov odlu silah-sursatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib.

Faktla bağlı 25-ci Polis Şöbəsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Nizami Rayon Polis İdarəsinə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin



Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər