Ru
16:13 / 03 Sentyabr 2022

Uşaqlara işgəncə verənlər SAXLANILDI - Yenilənib

13911
Bakıda reabilitasiya mərkəzində uşaqlara işgəncə verilib.


Bakupost.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntlər yayılıb.

Videogörüntülərdə mərkəzin əməkdaşlarının uşaqlara işgəncə verdiyi, vəhşicəsinə döydüyü əks olunub.


Məsələyə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə də sərt reaksiya verib.

O həmin videonu paylaşaraq bildirib ki, hadisə paytaxt ərazisində, Nizami rayonu ərazisində metronun “Neftçilər” stansiyasının yaxınlığında yerləşən "Mehnur" reabilitasiya mərkəzində qeydə alınıb:

“Görüntülər bir neçə gün əvvəl çəkilib. Bu barədə adiyyəti qurumlara məlumat vermişəm”.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır.





***
10:45

Paytaxtda reabilitasiya mərkəzində əlil uşaqlara işgəncə verən şəxslərin kimliyi polis tərəfindən müəyyən olunub.

Bu barədə Bakupost.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

"Araşdırmalar davam etdirilir. Əlavə məlumat veriləcəkdir", - Mətbuat Xidmətindən bildirilib.


***
16:13


Bakı şəhəri, Nizami rayonunda reabilitasiya mərkəzində fiziki məhdudiyyətli uşaqlara qarşı işgəncə xarakterli  hərəkətlər edən mərkəzin psixoloqu Aytac Kazımlı və mərkəzin direktor köməkçisi vəzifəsində çalışan Səbinə Əliyarbəyli polis əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə Bakupost.az -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 133 (Əzab vermə) maddəsi ilə cinayət işi açılıb. 

İstintaq hərəkətləri davam etdirilir.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər