Ru
16:10 / 19 Yanvar 2022

DİN: Uşaq evindəki dava araşdırılır - YENİLƏNİB - VİDEO

7958

Daxili İşlər Nazirliyi (DİN) Bakıda bağçada tərbiyəçi ilə valideyn arasında baş verən insidentə münasibət bildirib.


Bakupost.az -a daxil olan məlumatda deyilir:


"Sosial şəbəkələrdə və bəzi saytlar tərbiyəçi ilə valideyn arasında baş verən insidentlə bağlı yayılan görüntülərdən xəbərdarıq. Həmin hadisə yanvarın 16-da Xətai rayonunda yerləşən 3 saylı uşaq evində baş verib. Hadisə ilə bağlı artıq Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsində təhqiqat araşdırmalarına başlanılıb. İnsidentin iştirakçısı uşaq evinin əməkdaşı G.Nağıyeva Polis Şöbəsinə dəvət edilərək onun izahatı alınıb. Qarşı tərəfin də hadisə ilə bağlı izahatı alınandan, eləcə də təyin edilən ekspertizaların nəticəsi məlum olandan sonra hadisəyə hüquqi qiymət veriləcək və valideynlə uşaq evinin əməkdaşı arasında baş verən insidentin səbəbləri məlum olacaq".



***

15:10


Bakıda uşaq evində baş verən insidentin görüntüləri yayılıb.


Bakupost.az xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.

Rayon ərazisində yerləşən 3 saylı uşaq evində tərbiyəçi köməkçisi işləyən, 1982-ci il təvəllüdlü G.Nağıyeva valideyn ilə dalaşıblar.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər