Ru
05:41 / 09 May 2022

Bakıda xanım jurnalistə hücum etdilər: liftdə bıçağı boğazına dirəyib… - FOTO

Bakıda xanım jurnalistə hücum etdilər: liftdə bıçağı boğazına dirəyib… - FOTO
Eye

Mayın 8-i, gecə saatlarında tanınmış jurnalist Aytən Məmmədovaya hücum edilib.


Bakupost.az xəbər verir ki, hadisə Binəqədi rayonu, 9-u mikrorayonda baş verib.

Bu barədə jurnalist Aygün Elgünəş məlumat paylaşıb:


“Az əvvəl Aytən Məmmədovaya yaşadığı binanın blokunda hücum edilib. Onun arxasınca liftə girən bir nəfər bıçağı boğazına dirəyib və adını çəkmədiyi məhkəmə işinə görə hədələyib, yazmamasını istəyib.


DİN-in 102 xidmətinə məlumat verilib.



"Aytənin ən çox ictimailəşdirdiyi iş İlkin Süleymanovla bağlı məhkəmə işidir. Güman edirik ki, buna görə hədələnib”.


Jurnalistin boğazında xəsarət izi də qalıb.



Qeyd edək ki, Daxili İşlər Nazirliyi tərəfindən hadisə ilə bağlı araşdırma aparılır, jurnalistdən izahat alınıb.




E.Mirzəyev
Baku Post

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar