Ru
16:30 / 10 Yanvar 2022

Bakıdakı boş mənzillər kasıblara paylanılsın – Xalq artisti

3659
“Bakıda saysız-hesabsız, illərlə qapısı açılmayan mənzillər var. Elə məmur var, onun bəlkə 200 evi var Bakıda. Dövlət həmin mənzilləri alıb, evsiz-eşiksiz, adamlara, şəraiti olmayan sənətçilərə, ziyalılar paylamalıdır”.

Bu sözləri Bakupost.az -a açıqlamasında tanınmış kinorejissor, Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib.

O bildirib ki, əhalinin vəziyyəti günü-gündən pisləşir, amma xalqın puluyla kimlərsə özünü dəyəri milyonlarla ölçülən mülklər alır, çox mərtəbəli binalar ucaldır:

“Kəmaləddin Heydərovun ötən il müsahibəsini oxumuşam. Deyir ki, Bakıda 5 milyondan çox boş mənzil var. Bilirsiniz bu nə deməkdir? İnsanlar evsiz-eşiksiz, küçələrdə, kirayələrdə ömür çürüdürlər. Bu necə ola bilər ki, bir tərəfdə boş mənzillər, o biri tərəfdə həmin boş mənzil üçün bir ömür işləyən, sağlamlığını itirən adamlar...

Bir araşdırılsın, o boş mənzillər kimlərə məxsusdur? Hansı məqsədlə, hansı pullarla alınıb. Açın qapıları paylayın da camaata bu evləri!

Dədələrinin hesabına tikməyiblər ki, hamısı xalqın puludur. Bu tikintiləri dayandırın, açın bu məhəllələri camaatı köçürün ora, bir az Bakı nəfəs alsın. Altında qarajı olmayan binaları sökün, həmin adamla boş mənzillərdə yer verin yaşasınlar. Bakını xilas edək. Yenə bir tərəfdən tikirlər, sonra saxta çıxarışlar verirlər və pul alırlar”.

Şeyx Əbdülün ağır ittihamlarla, sensassiyalı bəyanatlarla dolu geniş müsahibəsini təqdim edəcəyik...
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
  • Nana

    Necə düz deyib Şeyx Əbdül illərlə işləsə belə ev ala bilməyən ,evsiz _eşiksiz yaşayan ,ev həsrətində olan insanlar var ....

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər