Ru
00:11 / 23 İyul 2024

Bakıdan Qahirəyə birbaşa reys açılacaq

Bakıdan Qahirəyə birbaşa reys açılacaq
Eye

"Bakı ilə Qahirə arasında birbaşa uçuşların açılması üzrə danışıqlar aparılır".

Bakupost.az "Report"a istinadla xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Misir Ərəb Respublikasının Milli Gününün 72-ci ildönümü ilə bağlı tədbirdə bildirib.

Nazir qeyd edib ki, hazırda "Azərbaycan Hava Yolları" (AZAL) Bakı ilə Şarm Əl-Şeyx arasında uçuşlar həyata keçirir: "Nəzərə alsaq ki, Misirə səyahət edən azərbaycanlıların sayı təxminən 3 dəfə artıb, birbaşa uçuşlar bu rəqəmləri daha da artıra bilər".

R.Nəbiyev bildirib ki, bu ilin sonunadək iki ölkə arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın iclasının keçiriləcəyi planlaşdırılır: "Azərbaycanla Misir arasında münasibətlər inkişaf edir. Bu il münasibətlərin 32 ildönümüdür. İndiyədək ölkələr arasında 49 sənəd imzalanıb. 2024-cü ilin 6 ayı ərzində ölkələr arasında ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə artıb".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar