Ru
14:12 / 16 Fevral 2023

Bakının mərkəzində nizələnən ağaclar - 44 saylı məktəbdə ağılasığmaz görüntülər - VİDEO

Bakının mərkəzində nizələnən ağaclar - 44 saylı məktəbdə ağılasığmaz görüntülər - VİDEO
Eye

Bakıda yaşıllıqlara qarşı qeyri-insani davranışla bağlı daha bir fakt üzə çıxıb.

Bakupost.az xəbər verir ki, paytaxtın mərkəzində - Şamil Əzizbəyov, 108 ünvanında yerləşən 44 saylı məktəbin həyətində "yaşıl soyqırım" yeni formada həyata keçirilib.

Belə ki, iri gövdəli şam ağacının dibinə armatur çərçivə yerləşdirilib, ağac böyüdükcə, dəmir çərçivə onun gövdəsini zədələyib və ağac məhv olmaq üzrədir. Digər bir ağaca isə armatur nizə kimi saplanıb.


Maraqlıdır, 44 saylı məktəbin direktoru ağaclar üzərində hansı ekpermenti aparmaq istəyib? Yoxsa uşaqlara təbiəti sevməyi və qorumağı bu cür təbliğ edir?

Paytaxtın mərkəzində yerləşən bu məktəbə güman ki, tez-tez həm Təhsil Nazirliyinin, həm də Bakı Şəhər Təhsil İdarəsinin rəhbərləri, səlahiyyətli şəxsləri təşrif buyururlar.

Görəsən, onlar ağaclara qarşı bu işgəncə metodlarından heç təəccüblənməyiblər? Yoxsa bunu xüsusi istedad hesab ediblər, ağaclardan “təcrübə siçanı” kimi istifadə olunmasından xeyli razı qalıblar?


Bakupost.az həmin görüntüləri təqdim edir:




Zaur
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar