Ru
16:11 / 04 İyul 2025

Bakının ortasında kanalizasiya “fəlakəti”- Qurumdan AÇIQLAMA

Bakının ortasında kanalizasiya “fəlakəti”- Qurumdan AÇIQLAMA
Eye

Binəqədi qəsəbəsinin II Mədən küçəsində yerləşən 90-cı korpusun qarşısında çirkab suları küçəyə axır.

Bakupost.az bildirir ki, sakinlərin sözlərinə görə bu vəziyyət uzun müddətdir davam edir və əsas səbəb kanalizasiya sisteminin köhnəlməsidir. Köhnə və istismar müddətini tamamlamış borular artıq ərazidəki yükü daşıya bilmir. Nəticədə kanalizasiya suları tez-tez küçəyə axır, həm antisanitariya yaradır, həm də ətrafda pis qoxu yayılır.

Sakinlər bildirib ki, kanalizasiya demək olar hər gün daşır, hər gün də müvafiq qurumun əməkdaşları gəlib tutulmuş borunu açmağa çalışırlar.

Bəs görəsən bu ərazidə daha müasir kanalizasiya xətti nə zaman çəkiləcək?

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən "Milli.az"a bildirilib ki, həmin məsələ ilə bağlı məlumat müvafiq rayon sukanal idarəsinə verilib. Gün ərzində problem aradan qaldırılacaq.

Qeyd edək ki, hazırda Binəqədi şosesində kanalizasiya xətti qurulur, lakin, bu yeni tikilən yaşayış binası üçün nəzərdə tutulub.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar