Ru
07:04 / 24 İyun 2024

Baş ağrıları, dəridə qıcıqlanma... - Ventilyatorun zərərləri

Baş ağrıları, dəridə qıcıqlanma... -  Ventilyatorun zərərləri
Eye

Yay öz isti üzünü göstərir. Çoxumuz soyuq və bədbin qışdan qurtulduğumuza sevinsək də, istilər getdikcə daha cansıxıcı olur. Əgər kondisioneriniz yoxdursa, istilərə qarşı tək təsəlli keçən yaydan bəri istifadə etmədiyiniz köhnə elektrik ventilyatorlarıdır.

Bakupost.az xəbər verir ki, mütəxəssislər gün ərzində ventilyatorun işləməsinin sağlamlıq problemi yaratmadığı, ancaq gecə yatarkən onları işlək vəziyyətdə saxlamağın fəsadlara yol açdığını bildirilər.

Xüsusilə hava həddindən artıq qurudursa, vücudunuz bunu kompensasiya etmək üçün normadan artıq selik ifraz edə, bu isə tıxanıqlığa və baş ağrılarına gətirib çıxara bilər.

Ventilyator istifadəsi quru dərini qıcıqlandıra, soyuq havayla bədəninizi gərginləşdirə və əzələ sərtliyi ilə oyanmağınıza səbəb ola bilər. Ona görə də gecələr ventilyator qarşısında yatmaqdan çəkinin.

Vasif
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar