Almaniya kansleri Fridrix Merz koalisiya tərəfdaşları qarşısında çıxış edərkən sərt iqtisadi islahatlar və dövlət xərclərinin azaldılması planını açıqlayıb.
Bakupost.az Musavat.com-a istinadla xəbər verir ki, kanslerin xüsusilə sosial xərclər, səhiyyə sistemi və pensiyalarla bağlı fikirləri zalda ciddi narazılıq yaradıb.
Məlumata görə, Merzin “kəmərləri sıxmaq” və qənaət tədbirlərinin vacibliyi barədə çıxışı zamanı zaldan fit səsləri, qışqırıqlar və etiraz reaksiyaları eşidilib. Tədbirdə iştirak edən bəzi koalisiya nümayəndələri kanslerin çıxışına açıq şəkildə narazılıq bildiriblər.
Bildirilir ki, hökumətin hazırladığı yeni iqtisadi paket dövlət xərclərinin azaldılması və bir sıra sosial sahələrdə dəyişiklikləri nəzərdə tutur. Bu isə Almaniyada siyasi və ictimai müzakirələri daha da gücləndirib.