Ru
09:37 / 12 Yanvar 2022

Baş prokuror Moskvaya getdi

Baş prokuror Moskvaya getdi
Eye

Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnovun dəvəti ilə Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Prokurorluğunun yaranmasının 300 illiyinə həsr olunmuş tədbirlərdə iştirak məqsədilə Moskva şəhərinə səfər edib.

Baş Prokurorluğun mətbuat xidmətindən Bakupost.az -a verilən məlumata görə, səfər çərçivəsində bir sıra ölkələrin prokurorluq və digər cinayət təqibi orqanları, eləcə də beynəlxalq təşkilatlarla işgüzar əlaqələr və dostluq münasibətlərinin inkişaf etdirilməsi məqsədilə ikitərəfli və çoxtərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.


Səfərin nəticələri barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar