Ru
00:28 / 02 Oktyabr 2024

Bayden İranın İsrailə raket hücumunu "səmərəsiz" adlandırdı

1890
ABŞ prezidenti Co Bayden İranın İsrailə qarşı kütləvi raket hücumunu səmərəsiz hesab edib.

Bakupost.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətindən bildiriblər.

"Hücumların dəf edildiyinə və təsirli olmadığına dair əlamətlər var" deyən Bayden ABŞ-ın "İsraili tam dəstəklədiyini" vurğulayıb. O, həmçinin əlavə edib ki, ABŞ və İsrail İranın hücumuna yəhudi dövlətinin mümkün cavabını "aktiv şəkildə müzakirə edir". Bundan əlavə, Bayden İsrailin baş naziri Benyamin Netanyahu ilə hələ danışmadığını əlavə edərək, belə bir söhbətin olacağını vurğulayıb.

Pentaqonun sözçüsü Patrik Rayder isə keçirdiyi brifinqdə bildirib ki, ABŞ Hərbi Dəniz Qüvvələri İsrailə kömək və İrandan gələn raket hücumunu dəf etmək üçün 10-a yaxın raket vuran vasitədən istifadə edib. Öz növbəsində ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller qeyd edib ki, İrandan gələn kütləvi raket hücumunun dəf edilməsində İsrailə təkcə ABŞ deyil, yəhudi dövlətinin digər tərəfdaşları tərəfindən də yardım edilib.

Zaur, BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar