Rusiya Prezidenti Vladimir Putinin mətbuat konfransı zamanı onun arxasında 155-ci Dəniz Piyadaları Briqadasının bayrağı qaldırılmışdı və Rusiya lideri 155-ci briqadanı “ən güclü briqadalardan biri” adlandırmışdı.
Bakupost.az xəbər verir ki, bu sözləri politoloq Kamran Cəfərov xatırladıb.
O bildirib ki, 1 iyulda Ukrayna Silahlı Qüvvələri HİMARS M-142-dən Rusiyanın komanda qərargah məntəqəsinə zərbə endirib, həmin zərbə nəticəsində 155-ci dəniz piyadaları briqadasının ən yüksək rütbəli zabitləri öldürülüb.
“Putinin təriflədiyi 155-ci briqada faktiki başsız qaldı. Öldürülənlərin sırasında Rusiya Hərbi Dəniz Donanmasının komandan müavini Mixail Qudkov (155-ci briqadanın sabiq komandiri) da var”.
Qeyd edək ki, Qudkovla birgə, onun müşaviri olduğu iddia edilən Nəriman Şıxəliyevin də öldüyü bildirilir.
Aygün,
BakuPost