Ru
18:00 / 27 Mart 2024

Bayram günlərində neçə nəfər zəhərlənib? - AÇIQLAMA

2125
Bayram günlərində (20-26 mart) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə şübhəsi ilə 19 müraciət daxil olub.

Bakupost.az xəbər verir ki, bu barədə KTM-in mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.

R.Məmməd bildirib ki, onlardan 10-u dərman, 4-ü sirkə turşusu, 2-si dəm qazı, 2-si etannoldan zəhərlənmiş şəxs olub, 1 nəfər isə allergik reaksiya səbəbindən zəhərlənib.

Onun sözlərinə görə, müraciət edənlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib, ölüm faktı qeydə alınmayıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar