Neft qiymətləri Səudiyyə Ərəbistanının əlavə xam neft tədarükü həyata keçirəcəyi xəbərlərinin Yaxın Şərqdə tədarük çatışmazlığı ilə bağlı narahatlıqları azaltması fonunda ucuzlaşıb.
“Bakupost” xəbər verir ki, “Brent” markalı neftin qiyməti 1,2% azalaraq 104,59 dollara, WTI nefti isə 1,1% ucuzlaşaraq 101,29 dollara düşüb. Hər iki kontrakt əvvəlki sessiyada təxminən 3 dollar ucuzlaşmışdı.
Səudiyyə Ərəbistanının Asiya neft emalı zavodlarına əlavə xam neft göndərmək üçün “Oman” sahillərində gəmidən-gəmiyə yükləmə üsulundan istifadə etdiyi bildirilir.
Bu addımın ölkənin neft kəmərinə hücumların qlobal tədarükə təsirini qismən azaltması gözlənilir.
Vüsalə Hüseynova,
BakuPost