Ru
11:52 / 18 Noyabr 2022

BDU-nun rektorunun deputat qardaşı vəfat etdi - FOTO

2774
Naxçıvan MR Ali Məclisinin deputatı, Naxçıvan Dövlət Universitetinin müəllimi Nazim Bababəyli dünyasını dəyişib.

Bakupost.az xəbər verir ki, deputat 59 yaşında dünyasını dəyişib.

Nazim Bababəyli 28 may 1953-cü ildə Naxçıvan şəhərində anadan olub. 1961-ci ildə Naxçıvan şəhər 1 saylı orta məktəbə daxil olan Nazim Bababəyli 1971-ci ildə həmin məktəbi bitirib. 1971-1975-ci illərdə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin Coğrafiya fakültəsində təhsil alıb. 1975-ci ildə Azərbaycan SSR EA “Kaspi” mərkəzində baş laborant vəzifəsində əmək fəaliyyətinə başlayıb. 1977-1978-ci illərdə Moskva şəhərində SSRİ EA Coğrafiya İnstitutunda kiçik elmi işçi vəzifəsində, 1978-1990-cı illərdə Kosmik Tədqiqatlar Elm və İstehsalat Birliyində mühəndis, kiçik elmi işçi, elmi işçi, laboratoriya rəisi, Elmi-Texniki Kompleksin rəhbərinin müavini vəzifəsində çalışıb. 1990-cı ildən Milli Aerokosmik Agentliyin Naxçıvan şöbəsində rəis vəzifəsində çalışırdı.

2004-cü ildə “Araz çayının yuxarı hissəsinin ekoloji şəraiti” adlı dissertasiya müdafiə edib və coğrafiya üzrə fəlsəfə doktoru elmi adını alıb.

1994-cü ildə Naxçıvan Şəhər Məclisinin, 2005-ci ildə III çağırış, 2010-cu ildə IV çağırış, 2015-ci ildə V çağırış və 2020-ci ildə VI çağırış Naxçıvan MR Ali Məclisinin deputatı, Avropa Şurası Regional və Yerli Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin üzvü olub.

Naxçıvan MR-in əməkdar müəllimi olan Nazim Bababəyli “Tərəqqi” medalı, “Akademik Plyugin” medalı və “Akademik H.Əliyev adına döş nişanı” ilə təltif olunub. 269 elmi məqalənin, o cümlədən altı monoqrafiyanın, ali məktəblər üçün bir neçə proqramın müəllifidir.

Nazim Bababəyli 2010-cu ildən Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin Coğrafiya kafedrasının dosenti, 2003-cü ildən 2016-cı ilədək həmin kafedranın müdiri vəzifəsində işləyib.

Qeyd edək ki, Nazim Bababəyli Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevin qardaşıdır.



Şərhlər
  • səhvi üzə deyən))

    Səhv niyə düzəldilmir? Sizə görə deyirəm )))

  • səhvi üzə deyən))

    Bakupost.az xəbər verir ki, deputat 59 yaşında dünyasını dəyişib.

  • səhvi üzə deyən))

    Bəlkə 69 yaşında dünyasını dəyişib yazasız

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər