Futbol əfsanəsi Devid Bekhem təqaüdə çıxdıqdan sonra əkinçiliklə məşğul olmağa başlayıb.
Bakupost.az xəbər verir ki, karyerasında Manchester United, Real Madrid, Milan və Paris Saint-Germain kimi nəhəng komandalarda çıxış edən Bekhemin həyat tərzi diqqət çəkməyə davam edir. Əfsanəvi futbolçu Oksfordşirdəki fermalarından kadrlar paylaşıb.
Bekhem ailəsi öz təsərrüfatında tərəvəz əsaslı əkinçilik və arıçılıqla məşğul olur. Sabiq futbolçunun paylaşımlarında ferma torpağının gözəlliyi sosial şəbəkə istifadəçiləri tərəfindən yüksək qiymətləndirilib.
Bekhemin yeni həyat tərzi sosial mediada çox danışılsa da, ferma ilə bağlı yeni detallar da ortaya çıxıb. Fermanı öz zövqünə uyğun yaradan Bekhemin futbol meydançası və türk hamamı da tikdirdiyi öyrənilib.
Elnur
BakuPost