Belarusda Neman çayı üzərindən keçən körpü uçub.
Bakupost.az xəbər verir ki, bu barədə Belarus Fövqəladə Hallar Nazirliyinin Telegram kanalında bildirilib.
Qeyd olunub ki, hadisə bu gün Belarusun Lida vilayətinin Tosino kəndi yaxınlığında baş verib.
Məlumata görə, uçmazdan əvvəl körpü artıq istismardan çıxarılıb və sökülmək üzrə imiş. Körpünün uçması nəticəsində orada işləyən ekskavator və sürücü çaya düşüb, daha iki nəfər xəsarət alıb. Bütün zərərçəkənlər xəstəxanaya yerləşdirilib.
Zaur
BakuPost