Ru
16:10 / 26 Sentyabr 2022

Bəşəriyyət təhlükədə: ən böyük fəlakət Rusiyanın başına gələcək - Açıqlama

2731
ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Rusiya Ukraynada taktiki nüvə silahından istifadə edəcəyi təqdirdə bunun Moskva üçün fəlakətli nəticələri olacağını bildirib.


Nüvə təhdidləri niyə hələ də davam edir? Rusiyanın nüvə silahından istifadə edəcəyi nə dərəcədə realdır?


Məsələ ilə bağlı Bakupost.az -a açıqlama verən təhlükəsizlik məsələləri üzrə ekspert, keçmiş MTN zabiti İlham İsmayıl bildirib ki, bəşəriyyət çox təhlükəli hadisələrin ərəfəsindədir:



"Nüvə hədəsini ilk dəfə Rusiya edib. Ukraynada müharibənin üçüncü günü Rusiya Prezidenti Vladimir Putin Şoyquya göstərik verdi ki, nüvə başlıqlı raketlər xüsusi rejimə salınsın. Davam edən müharibə ərzində də Putinin bu hədəsi keçmədi. Fikirləşdirdi ki, Qərb üçün bu çəkindirici olacaq, Ukraynaya kömək etməyəcək. Lakin məsələ başqa cür inkişaf etdi və bu inkişaf Rusiyanın əleyhinə oldu. Artıq Rusiya qismən və total səfərbərliklə məşğuldur. Bu proses daxildə Rusiyanın əleyhinə gedir. Rusiya Xarici İşlər naziri Lavrov BMT-nin 77-ci ssesiyasında bildirdi ki, "biz referendumun nəticələrinə görə həmin əraziləri Rusiyanın ərazisi hesab edəcəyik və Rusiyanın ərazisinə hər hansı bir müdaxilə olarsa, nüvə silahından istifadə edə bilərik".


İlham İsmayıl hesab edir ki, sentyabrın 28-də referendumun nəticələri elan olunandan sonra gərginlik daha da alovlana bilər:


"Eyni zamanda yenidən təhdidlərin olması da istisna deyil: Çünki Ukrayna Prezidenti Zeleneski də bildirdi ki, referendumdan sonra Putinlə hər hansı bir danışıqların aparılması mümkünsüzdür. Ona görə də dünya, bəşəriyyət çox təhlükəli bir ərəfədir. Heç kim proqnoz verə bilmir ki, sabah nə olacaq. Hətta Rusiya-Ukrayna müharibəsi başlamazdan əvvəl də Putin dünyanı nüvə silahı ilə hədəlmişdi ki, "dünya dağılırsa, qoy dağılsın.Əgər Rusiya olmayacaqsa, dünya da dağılsın". Bu cür xəstə təfəkkürlü bir adamın yalandan guya rusdilli əhalini qorumaq adı ilə dünyanı fəlakətə gətirdiyini bütün bəşəriyyət görür. Burada artıq rus cəmiyyətinə və Putinin komandasına müəyyən dərəcədə ümid bəsləmək olar ki, onu qovsunlar. Lakin indiki şəkildə bu, qeyri-mümkün görünür. Amma Rusiya cəmiyyəti də bilməlidir ki, ən böyük fəlakət elə Rusiyanın başına gələcək. Rusiya bütün dünyanı dağıda bilməsə də, bütün dünya, yəni faktiki olaraq İngiltərə, Fransa, hətta İsrail kimi nüvə silahı olan dövlətlər bundan Rusiyanın əleyhinə istifadə edə bilər. Ona görə də birbaşa proqnoz vermək bir qədər çətindir".


Fəridə
Baku Post
Şərhlər
  • t.ədalət

    Bəşəriyyət yox,Rusiya təhlükədədir.Atom silahından ilk dəfə istifadə edən Amerika bu dəfə də birinci olacaq.Həm də ABŞ-ın nüvə silahları kosmosdan Rusiyaya tuşlanıb.Putinin hər-hansı bir yanlış addımı Rusiyanın məhvi deməkdir.Rusiya döyüş bölgəsində üstünlük mifini itirdiyi kimi,İnşəllah,nüvə sahəsində də nüfuzunu itirəcək.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər