Ru
13:15 / 24 Yanvar 2023

Bəxtiyar Hacıyev və Əvəz Zeynallı ilə bağlı dövlət başçısına müraciət edildi

2499
Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri Bəxtiyar Hacıyev və Əvəz Zeynallının həbsdən azad edilməsi xahişi ilə Prezident İlham Əliyevə müraciət ediblər.

Bu barədə Bakupost.az -a İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi İB-nin sədri Fikrət Cəfərli bildirib.

"Hazırda həbsdə olan hər iki şəxsin səhhətlərində ciddi narahatçılıqların olduğunu nəzərə alaraq, yazıb Sizdən onların istintaq dövründə seçilmiş həbs qətimkan tədbirlərinin ev dustaqlığı ilə əvəz edilməsinə köməklik göstərməyinizi xahiş edirik. Bəxtiyar Hacıyevlə Əvəz Zeynallı ictimaiyyətdə nüfuz sahibi olan şəxslərdilər, hər ikisi dövlətini sevən, xalqına bağlı olan vətənpəvər insanlardır. Onların ölkə üçün göstərdikləri peşəkar fəaliyyətlərinin nəzərə alınmasına, yaxın gələcəkdə isə günahsız olduqlarına görə tamamilə bəraət alacaqlarına ümid edərək, Sizdən bu işə humanist müdaxilə etməyinizi xahiş edirik", - deyə müraciətdə qeyd edilir.

Qeyd edək ki, müraciəti 18 vətəndaş cəmiyyəti rəhbəri - Sabit Bağırov, Arzu Abdulla, Şəhla İsmayıl, Novella Cəfəroğlu, Fikrət Cəfərli, Səidə Qocamanlı, Mehriban Vəzir, Hafiz Həsənov, Azər Mehdiyev, Əhməd Əlili, Mirəli Hüseynov, Nəsimi Məmmədli, Samir Əliyev, İlqar Hüseynli, Mehriban Zeynalova, Mirvari Qəhramanlı, Rəsul Cəfərov və Ziya Quliyev imzalayıblar.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər