Ru
18:30 / 21 Yanvar 2023

Bəxtiyar Hacıyevin həbs müddəti uzadıldı

Bəxtiyar Hacıyevin həbs müddəti uzadıldı
Eye

İctimai fəal Bəxtiyar Hacıyevin həbs müddəti uzadılıb.

Bakupost.az xəbər verir ki, bu haqda onun vəkili Aqil Layıc feysbukda yazıb:

“Bəxtiyar Hacıyevin həbs müddəti bir ay uzadıldı. Yəni, 28 fevral 2023-cü il tarixinədək…”

B.Hacıyev xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunaraq dekabrın 9-da həbs edilib. Onun jurnalist Ülviyyə Alovlu ilə münaqişəsinə görə tutulduğu bildirilir.

Qeyd edək ki, Bəxtiyar Hacıyevə qarşı Cinayət Məcəlləsinin 221.2.2-ci və 289.1-ci maddələri ilə yeni ittihamlar irəli sürülüb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar