Ru
11:26 / 02 İyul 2025

Bəylər Eyyubovun vəzifədən getməsi… – Sabiq nazir hər şeyi açdı

Bəylər Eyyubovun vəzifədən getməsi…  – Sabiq nazir hər şeyi açdı
Eye

Son günlərdə ölkə gündəmində önəmli kadr dəyişiklikləri baş verib. İyunun 30-da Prezidentin Təhlükəsizlik Xidmətinin (PTX) rəisi general–polkovnik Bəylər Eyyubovun vəzifəsindən azad edilərək, Prezident Katibliyinin rəisi təyin olunması geniş rezonans doğurub.

Bu dəyişiklik müxtəlif müzakirələrə səbəb olub və ölkə siyasətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

Bakupost.az xəbər verir ki, globalinfo.az məsələ ilə bağlı B.Eyyubova yaxın olan sabiq təhsil naziri Misir Mərdanovla əlaqə saxlayıb.

O, Bəylər Eyyubovun yeni vəzifəsinin öhdəsindən gələcəyinə şübhə etmədiyini qeyd edib.

Sabiq nazir Bəylər Eyyubovla yaxın olduğunu bildirib:

“Bəylər Eyyubovu çoxdan tanıyıram. Etiraf edim ki, tək özünü yox, qohumlarını, qardaşlarını, övladlarını da yaxından tanıyıram. Uzun illər Ulu öndər Heydər Əliyevə xidmət etmiş, ona və ailəsinə sadiq bir adamdır. Bəylər Eyyubov evini, ailəsini, hər kəsi bir yana qoyub, Ulu öndəri bir yana. Daima onu qoruyub, onu qoruyanlara rəhbərlik edib. Ölkə başçımız bütün bunları bilir. Qeyd edim ki, bu ailə – Heydər Əliyevin ailəsi çox qədirbilən ailədir. Kimsə bu ailə üçün hər hansı bir addım atıbsa, onun qədri həmişə bilinib və dəyərləndirilib”.

Misir Mərdanov Bəylər Eyyubova Prezident tərəfindən dəyər verildiyi üçün bu vəzifəyə təyin olunduğunu deyib:

Heydər Əliyevdən sonra İlham Əliyev özü də 20 ildən çoxdur ki, Bəylər Eyyubovla bir yerdə işləyir. Hamı bilir ki, Prezidentin mühafizəsinin keşiyində duran şəxs Bəylər Eyyubov olub. Zamanı yetişəndə hamı gördü və bildi ki, onu növbəti dəfə də layiqli vəzifəyə təyin etdi”.

Sabiq nazirin sözlərinə görə, bundan sonra da Bəylər Eyyubov ölkə başçısının yanında olacaq:

O yenə də İlham Əliyevin ətrafında öz işini davam etdirəcək. Allaha Bəylər Eyyubova uzun ömür versin. Onu təbrik edirəm, yeni işində uğurlar diləyirəm”.

Şərhlər
  • Zaur Qasımov

    Beli Misir mùellim çox gòzel vurģuluyub.başqa şerhe ehtiyac yoxdu.Beyler mùellim etraf mùhùtùnde herkese kòmeklik eliyen bir şexsdi.Allah onu qorusun

  • Xanlar Vəliyev

    Hörmətli Misir müəllim! Çox düzgün vurğulayırsınız! Ulu Öndərin bütün əziyyətin dəqiqlik və sədaqətliliklə icra edən Bəylər Əyyubov son dəqiqəyə qədər, yəni Amerikada belə Ulu Öndərin ən çətin zamanında ona sadiq olaraq öz missiyasını icra etdi. Allah can sağlığı versin! Yenə də Cənab Prezident İlham Əliyev Bəylər müəllimlə bir yerdədir! Təbrik edirik! Allah can sağlığı, uzun ömür versin! Misir müəllim Sizin də Təhsildə gördüyünüz işlər təqdirə layiqdir! Var olasınız!♥️????????????????????

  • Emilya Hümbətova

    Çox hörmətli Misir və Bəylər müəllim Allah sizləri, bütün azərbaycanlıları, dövlətimizi qorusun İnşAllah, Amin Allah!

  • Əlvan Abdullayev.

    Uğurlar. ????

  • Xəlil Cəlilov

    Hörmətli Bəylər müəllim sizi yeni vəzifəniz münasibəti ilə təbrik edir. Həyatın ən şirin neməti olan uzun ömür can sağlığı arzu edirəm. İlahi sizə arzu etdiyiniz qədər ömür yazar inşallah

  • Həsənova Nəzakət

    Allah Bəylər müəllimə kömək olsun Amin Amin amin

  • Əbülfəz Vedili

    Hörmətli Misir müəllim çox gözəl və dəyərli fikir bildirib. Məndə hörmətli Bəylər müəllimi yeni işi ilə bağli səmimi təbrik edirəm.

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar