Ru
18:43 / 27 İyun 2025

Beynəlxalq ehtiyatlarımız 13.1 milyard olacaq

Beynəlxalq ehtiyatlarımız 13.1 milyard olacaq
Eye

Azərbaycanın beynəlxalq ehtiyatları 2025-ci ilin sonunda 13,1 milyard ABŞ dollarına çatacaq.

Bakupost.az Report-a istinadla xəbər verir ki, bu barədə “Fitch Ratings” beynəlxalq reytinq agentliyi məlumat verib.

Bildirilib ki, 2024-cü ildə ölkənin ehtiyatları, o cümlədən qızıl ehtiyatları 12,7 milyard ABŞ dolları təşkil edib.

“Fitch”in proqnozlarına görə, 2026-cı ildə bu göstərici 13,3 milyard ABŞ dollarına qədər artacaq.

2025-ci il iyunun 1-nə Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 11,094 milyard ABŞ dolları məbləğində qiymətləndirilir.

Qeyd edək ki, cari ilin birinci rübündə Azərbaycanın strateji valyuta ehtiyatları 2,5 milyard ABŞ dolları artaraq 73,5 milyard ABŞ dollarına çatıb. Agentliyin qiymətləndirmələrinə görə, 2025-ci ilin sonunda strateji valyuta ehtiyatları 74 milyard ABŞ dolları təşkil edəcək ki, bu da ÜDM-in 98,4 %-nə bərabərdir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar