Ru
11:16 / 20 İyun 2025

Beyninə qan sızan Vüsal Murtuzəliyevin son durumu AÇIQLANDI

Beyninə qan sızan Vüsal Murtuzəliyevin son durumu  AÇIQLANDI
Eye

Beyninə qan sızan aktyor Vüsal Murtuzəliyevin son durumu açıqlanıb.

Bu barədə Bakupost.az -a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, iyulun 19-u saat 14:40 radələrlində 1982-ci il təvəllüdlü şəxs Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasının Poliklinika şöbəsinə kəskin baş ağrıları, baş gicəllənmə səbəbilə müraciət edib.

"Həkim müayinəsindən sonra pasiyentə dəqiqləşdirilməmiş beyindaxili qansızma diaqnozu təyin edilib və müvafiq şöbəyə yerləşdirilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir", - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, Vüsal Murtuzəliyev Əməkdar artist Dilarə Əliyevanın qardaşıdır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar