Ru
15:10 / 04 İyul 2022

Bill Qeyts 200 milyonluq yaxtası ilə Bodrumda - FOTO

5429
Dünyanın ən zəngin insanlarından biri olan Bill Qeyts yaxtası "Lana" ilə Bodrumdadır.


Bakupost.az xəbər verir ki, yaxta 5 göyərtə, qonaq, yataq otağı, böyük yemək salonu, əyləncə yeri, lüks otaqları, SPA mərkəzi, bar, cakkuzi, idman zalı, hamam və daha çox imkanlara malikdir.


Yaxta 200 milyon dollar dəyərindədir.


Bill Qeyts "Lana"da qonaq qarşılayıb. Onlara 50 işçi xidmət göstərib.


Qeyd edək ki, dünyanın ən zəngin insanlarından biri olan Bill Qeyts ötən ilin oktyabr ayında da "Lana" ilə birlikdə Bodruma gəlmişdi. Qeyts və onu müşayiət edən şəxslər UNESCO-nun Dünya İrs Siyahısına daxil olan və dünyanın ən əhəmiyyətli sualtı arxeologiya muzeyinə ev sahibliyi edən Bodrum qalasında 2 saat vaxt keçirmişdilər.





Aynur İbrahim
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər