Ru
09:04 / 12 Aprel 2024

Binəqədidə yük və minik maşınları toqquşdu - Ölən var

1760
Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Bakupost.az xəbər verir ki, hadisə Novxanı-Pirşağı avtomobil yolunda qeydə alınıb.

Belə ki, 09.04.2024-cü il tarixdə saat 14:00 radələrində Qarayev Mübariz Nizami oğlu idarə etdiyi “Hyundai” markalı yük avtomobili ilə Allahverdiyev Mahir Adif oğlunun idarə etdiyi “Kia-sorenta” markalı avtomobil toqquşub.

Nəticədə hər 2 sürücü müxtəlif dərəcəli xəsarətlər alaraq Sumqayıt şəhər Təcili Yardım xəstəxanasına yerləşdirilib.

M.Allahverdiyev 09.04.2024-cü il tarixdə saat 18:00-da aldığı xəsarətlərdən müalicə olunduğu xəstəxanada ölüb.

Faktla bağlı Binəqədi RPİ-nin İstintaq şöbəsində araşdırma aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər