Ru
15:12 / 09 Sentyabr 2022

Bir əsrə şahid olan Kraliçanın qəribə vərdişləri - Pasportu yoxdur, qanını yanında gəzdirirdi

Bir əsrə şahid olan Kraliçanın qəribə vərdişləri - Pasportu yoxdur, qanını yanında gəzdirirdi
Eye

Xəbər verdiyimiz kimi, Kraliça II Elizabet dünən -sentyabrın 8-də vəfat etdi.

O, 96 illik həyat hekayəsini geridə qoydu.

Bakupost.az bildirir ki, çox gənc yaşda kraliça olan Elizabet bəzi vərdişləri ilə də tez-tez gündəmə gəlirdi.

Bunlar arasında səfərə gedərkən qanını və çaydanını yanında aparması, eyni zamanda pasportunun olmamasıdır...




PASPORTU YOXDUR

Kraliça saysız-hesabsız ölkələrdə olsa da, pasportu yox idi. O, səyahətlərində çox diqqətli idi. Hər zaman çaydanını yanında saxlayır və hara getsə, onu da aparardı. Bununla yanaşı, sağlamlığına diqqət edən Kraliça özü ilə ehtiyat olaraq, qanını da daşıyardı.


FRANSIZ DİLİNDƏ YAXŞI DANIŞIRDI


Kral ailəsinin üzvlərindən bir neçə dildə mükəmməl danışmaq tələb olunur ki, bu da ailə ənənələri arasında əsas şərtlərdəndir.
Kraliça II Elizabet tarixin ən çox səyahət edən Britaniya monarxlarından biri kimi Fransaya səfər edərkən fransız dilində bir sıra rəsmi çıxışlar edərək, öz dil şücaətini qürurla nümayiş etdirmişdi.


ƏN UZUN MÜDDƏT HAKİMİYYƏTDƏ QALAN KRALIÇA


Kraliça II Elizabet ən uzun müddət hakimiyyətdə olan monarxdır. Elizabet 27 yaşında vəzifəyə başlayıb.
O, ən uzun müddət evli qaln ingilis monarxıdır və taxta çıxması 300 milyon insan tərəfindən izlənilib.





Aygün
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar